“Vətəndaşlarımız ölərkən Tramp sanksiyaları daha da sərtləşdirir” - CAVAD ZƏRİF

“Vətəndaşlarımız ölərkən Donald Tramp İranın koronavirusla mübarizəsində ehtiyacı olduğu resursları azaltmaq məqsədi ilə ABŞ-ın qeyri-qanuni sanksiyalarını daha da sərtləşdirir”.
Muxalifet.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitter"də bildirib.
İran XİN başçısı qeyd edib ki, dünya ABŞ-ın iqtisadi terrorizmini əvəz etməkdə olan tibbi terrorizminə səssiz qalmamalıdır./apa