Vəkil Lapşinin ekstradisiyası barədə: “İrəliləyiş yoxdur”
29-08-2017 18:14

Bakı məhkəməsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilmiş bloger Aleksandr Lapşinin İsrailə ekstradisiyası ilə bağlı məsələdə irəliləyiş yoxdur.
Bunu RİA “Novosti”yə məhbusun vəkili Eduard Çernin deyib.
“Bu məsələdə heç bir irəliləyiş yoxdur”, - İsrailin Azərbaycan Ədliyyə Nazirliyinə onun müdafiə etdiyi şəxslə bağlı müraciət edib-etmədiyi ilə bağlı suala cavab olaraq Çernin bildirib.