Türkiyəyə qarşı TƏXRİBAT: Məscid yandırıldı

Baxış sayı:
4246

ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri olan Nyu Haven-də yerləşən və tikintisi davam edən Türk Diyanət Məscidi kimliyi müəyyənləşməyən şəxs və ya şəxslər tərəfindən yandırılıb.
 
 Alçaq hücumdan sonra Türkiyə Xİ naziri Çavuşoğlu və Floridanın valisi bəyanatlar verib.
 
ÇAVUŞOĞLUNDAN SƏRT TƏPKİ
 
 Nazir Çavuşoğlu Twitter hesabından apardığı bölgüdə, "ABŞ-ın New Haven şəhərində Diyanət Məscidinin ramazan ayında yandırılması dünyada artan İslamofobiyanın yeni nümunəsidir. Yeganə təsəllimiz can tələfatının olmamasıdır. Bu alçaq təcavüzü edənlər bir an əvvəl tapılıb cəzalandırılmalıdır. İslam ziddiyyəti və irqçiliklə bütünlüklə mübarizə etməliyik" deyə qeyd edib.
 
QUBERNATORDAN AÇIQLAMA: HESAB VERƏCƏKLƏR
 
Floridanın qubernatoru Ned Lamont isə məsələ ilə bağlı Twitter hesabı üzərindən apardığı bölgüdə, "İbadət yerinə qarşı edilən təcavüz dəhşətli və iyrəncdir. Nə dövlətimizdə, nə də millətimizdə bu hücumun yeri yoxdur.
Araşdırmalar davam edəcək və məsuliyyətlilər hesab verəcək" deyib.
Müxalifət.az