“Türkiyəsiz heç bir danışıq ola bilməz…” - 11 SİYASİ PARTİYA BƏYANAT YAYDI

Baxış sayı:
1549
Sentyabr 27-də Ermənistanın növbəti silahlı təcavüz aktı ilə başlamış Qarabağ müharibəsində humanitar atəşkəs haqqında 09 sentyabr 2020-ci il tarixli Moskva sazişindən sonra çoxlu sayda   üzv və təəssübkeşlərimiz   müraciətlərində Azərbaycanın haqlı davasında onun yanında yer aldığına görə Ermənistan və xarici havadarları tərəfindən   Türkiyəyə qarşı aparılan  qlobal miqyasda total hücumlara etirazlarını bildirir, nizamasalma prosesində Türkiyənin iştirakı perspektivləri barədə narahatlıqlarını,  Azərbaycan Türkiyə münasibətlərinin bundan sonrakı inkişafına  dair  təkliflərini çatdıraraq  bu barədə partiya rəhbərliyinin aydın mövqelərinin açıqlanmasını tələb edirlər.
 
Bununla əlaqədar bu sənədi imzalayan siyasi partiyalar nəzərə alaraq ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu müharibənin qurtarmasının, sülhün bərqərar olması və qorunub  saxlanmasının, özünün və dövlətinin  etibarlı təhlükəsizliyinin, həyati maraq və mənafelərinin ədalətlə nəzərə alınacağının xarici  qarantoru kimi,   Türkiyəyə etimad edir və bu rolda Türkiyənin olmasını istəyir, Qarabağ məsələsinin həlli üçün aparılan danışıqlarda Türkiyənin bərabərhüquqlu və tamyetərli vasitəçi  statusunda  iştirakının təmin olunmasını zəruri sayırlar. Bu məqsədlə Türkiyənin Minsk qrupu həmsədrlərindən biri olması məqsədəuyğundur. Siyasi partiyalar hesab edir ki, Azərbaycan Minsk qrupu formatında danışıqlarda iştirakını bu şərtə bağlamalıdır.
 
 Türkiyə Minsk qrupu ölkələrindən biri olduğuna görə onun həmsədrliyi danışıqlar formatını (Minsk qrupu həmsədr ölkələri +Azərbəycan və Ermənistan) dəyişdirmir və 9 oktyabr Moskva sazişinin   danışıqlar formatının dəyişməzliyi haqqında müddəasını   pozmur.
Türkiyənin danışıqlar prosesində həmsədr ölkələrdən biri kimi iştirakı zərurəti Azərbaycan xalqının etimadı məsələsindən əlavə onun müasir dünyada və regionda oynadığı rol, malik olduğu qeopolitik güc və hərbi – siyasi  təsir imkanları ilə şərtlənir. Münaqişəyə cəlb olunmuş tərəf olaraq Ermənistan, həmçinin onun beynəlxalq aləmdəki havadarları, ayrı- ayrı ekspertlər tərəfindən  münaqişədə  həlledici rolu qeyd  olunur.
 
Belə olan halda onu nizamasalmadan təcrid etmək, kənarda qoymaq cəyləri və cəhdləri qəbul edilə bilməz.
Türkiyə olmadan, müstəqil dövlətlər şəklində təşkil olunan Cənubi Qafqazdakı etnik və dövlətlərarası münaqişələrin və toqquşmaların, müharibələrin nizamlanmasının real olmadığı, və bunun əksi olaraq effektiv şəkildə yalnız Türkiyənin iştirakı ilə nizamlanması mümkünlüyü 1918- 1921 ci illər, o cümlədən  Moskva və Qars müqavilələri, habelə 1992- 1993- cü illərdə Azərbaycan –Ermənistan müharibəsinin nizamlanması təcrübəsi ilə təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, 1993- cü ilin aprelində nizamlanma prosesinə Türkiyə ABŞ-Rusiya- Türkiyə üçlü təşəbbüsü çərçivəsində rəsmən daxil olduqdan sonra  ilk dəfə olaraq tərəflər arasında böyük sülh sazişinin imzalanmasının real şansı yaranmışdı.
 Beləliklə  regionda baş verən münaqişələrin tarixi və indiki qepolitik situasiya və şərtlər göstərir ki, Türkiyənin iştirakı və qarantorluğu olmadan qalıcı və uzunmüddətli mıhkəm sülhün bərqərar olması mümkün deyildir.
 
Türkiyəni münaqişənin nizamlanmasından kənarda saxlamaq, bu istiqamətdə gedən danışıqları mənasız edir. Bu reallıqdan çıxış edərək siyasi partiyalar hazırkı formatda aparılan nizamasalma mexanizminə alternativ və ya paralel  olaraq Türkiyə- Rusiya vasitəçiliyi və qarantorluğu  mexanizminin  işə salınmasını və Azərbaycanın bu modelin reallaşması üçün addımlar atmasını faydalı sayırlar.  Təcrübə , o cümlədən kecən əsrin  20 ci illərinin təcrübəsi inandırıcı şəkildə göstərir ki, Terkiyə və Rusiyanın birgə səyləri Qarabağ münaqişənin aradan qaldırılması üçün ən səmərəli yol olardı. Belə olan halda ATƏT Minsk qrupu formatını ləğv edilməsi məqsədəuyğun sayılmazsa, Türkiyə və Rusiyanın vasitəçiliyi və qarantorluğu ilə paralel sülh danışıqları başladılması  zəruridir.
 
Siyasi partiyalar Azərbaycan – Türkiyə münasibətlərinin indiki vəziyyətini, bu istiqamətdə Tükiyə prezidenti R. T. Ərdoğanın və Azərbaycan prezidenti İ. Əliyevin tərəfindən ifadə edilən və açıqlanan mövqe və atılan addımları müdafiə edirlər, eyni zamanda  bu addımların məntiqi davamı olaraq hərbi siyasi ittifaqın müqavilə bazasının daha da dərinləşdirilməsini və təkmilləşdirilməsini istəyir, qarşılıqlı hərbi bazaların yaradılması zamanının gəlib çatdığı qənaətini ifadə edirlər, hesab edirlər ki, tək millət iki dövlət bəzi  məsələlərdə bir dövlət şəklində hərəkət etməlidirlər konsepsiyası işlənib hazırlanmalı və həyata keçrilməlidir.   Siyasi partiyalar Türkiyəyə qarşı imperialist  güclərin və onların maşası kimi çıxış edən Ermənistanın müşahidə olunan hücumlarını Azərbaycana qarşı hücum, təhlükə, təhdid kimi dəyərləndirır və bəyan edirlər ki, bu hücumların dəf olunması, Azərbaycan Türkiyə qardaşlığı, əməkdaşlığı, müttəfiqliyi və birliyinin möhkəmlənməsi  üçün əllərindən gələn hər şeyi edəcəklər.
 
Azərbaycan Demokrat Partiyası
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Ədalət Partiyası
Vahid Azərbaycan Milli Birlik Partiyası
AĞ Partiya
Azad Demokratlar Partiyası
Ümid Partiyası
Aydınlar Partiyası
Böyük Azərbaycan Partiyası
Azərbaycan Xalq Partiyası
 
Muxalifet.az