Türkiyədən qlobal güclərə verilən mesaj

Baxış sayı:
9793

Türkiyənin təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, MİT və TSQ tərəfindən aparılan birgə əməliyyatda, 21 mart günü PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamlarından olan Rza Altunla bərabər bir çox təşkilat rəhbərliyində olan şəxslər Qəndilə qarşı hava hərəkatı nəticəsində zərərsizləşdirilib.
 
 Haber7-nin əldə etdiyi məlumatlara görə, əməliyyatın arxa planı və əməliyyatın uğurlu olması PKK-nın xarici əlaqələr heyətinin çökdürülməsi, təşkilatın illərdir ki, inkişaf etdirdiyi və digər kadrlara da ötürdüyü yaddaşı və şəbəkəni də yox etmiş oldu.
 
ƏMƏLİYYATIN ŞİFRƏSİ
 
 Türkiyə "Terrorla mənbəyində mübarizə konsepsiyası" planını ən yüksək məhsuldarlıqda istifadə edir. Bu gün reallaşan nöqtə əməliyyat MİT və TSQ arasındakı əlaqələndirmə, koordinasiya, qərar vermə və operativ icra prosesinin ən yüksək səviyyədə işlədiyini göstərdi.
 
NÖQTƏ ƏMƏLİYYAT
 
 Humınt kəşfiyyatı ilə sahədən əldə edilən spesifik hədəflərə nöqtə əməliyyatları həyata keçirilir.
 
PKK-nın BU KADRI TƏSİS ETMƏSİ İLLƏR ALACAQ
 
 Bu əməliyyatdan sonra ağır zərbə alan sözdə yüksək səviyyəli heyətin bərpası və terror təşkilatı PKK-nın yeni və etibarlı kadrlar üzərindən yeni münasibətlər təsis etməsi illər alacaq.
 
TƏŞKİLATIN ÜST HEYƏTİ QORXU İÇİNDƏ
 
TSQ və MİT-in birgə əməliyyatı ilə PKK-nın yüksək səviyyəli kadrlarının bir-bir öldürülməsi təşkilatın rəhbər heyətində böyük qorxuya səbəb olub. PKK-nın üst rəhbərliyi əməliyyatlarda onların hədəfə alındığını bilir.
 
DAHA AZ GÖRÜNƏCƏKLƏR
 
 PKK-nın üst heyətinin bu cür əməliyyatlardan qaçmaq üçün daha az görünməyə çalışacağı və Qəndildəki mağaralara geri çəkilməsi gözlənilir.
 
QLOBAL GÜCLƏRƏ MESAJ
 
 Bu əməliyyat eyni zamanda, Türk dövlətinin öz imkanlarını inkişaf etdirərək gəldiyi nöqtəni göstərməklə bərabər, həm də regional və qlobal güclərə “Güclü Türkiyə” mesajını da verir.
Müxalifət.az