Türkiyədən ABŞ-və Avropaya qarşı yeni həmlə

Baxış sayı:
8014

Torpaqlarındakı 4 milyon Suriyalını vətəninə döndərmək üçün terrordan təmizlənmiş "təhlükəsiz bölgə” qurmağı planlaşdıran Türkiyəyə qarşı cəbhə genişlənir. Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərə ilə birlikdə birgə bəyannamə yayınlayaraq Türkiyənin müdaxiləsinə qarşı olduğunu bildirən ABŞ, bir addım daha atıb. ABŞ, "Türkiyəsiz təhlükəsiz bölgə” planını masaya gətirib.
 
 Təhlükəsiz bölgə planını sabotaj edilmək istənən Türkiyə isə ABŞ və Avropaya qarşı 18 mart 2016-da imzalanan "Qaçqın Anlaşmasını” müzakirə etməyi gündəminə gətirib. 2011-ci ildən bəri milyonlarla qaçqınla təkbətək qalan Ankara, müqavilənin heç bir maddəsinin yerinə yetirilmədiyini ortaya qoyacaq. Təhlükəsiz bölgəyə müqavimətin davam etdiyi təqdirdə, Avropaya getmək istəyən qaçqınlara sərhəd qapıları taybatay açılacaq. Eləcə də dəniz yolu ilə Avropaya getmək istəyənlərin qarşısını almaq üçün tətbiq olunan sıx nəzarət mexanizmi də boşaldılacaq.
 Qaçqın böhranının Suriya məsələsi ilə birlikdə zirvəyə çıxdığını deyən Beynəlxalq Qaçqın Hüquqları Dərnəyinin sədri Uğur Yıldırım, prosesi belə şərh edib: "Dünyanın ən kasıb ölkələri də Avropadan daha çox qaçqına sahib çıxır. Amma Avropa heç bir məsuliyyət götürməmək üçün hər yolu sınaqdan keçirir. Türkiyə hazırda dünyada ən çox qaçqının olduğu ölkədir. Yol üstünə tikanlı məftillər qoyaraq qaçqın axınını dayandıra bilər, amma bəşəriyyəti dayandıra bilməzsən. Suriya həqiqətini Avropanın hiss etməsi lazımdır. Bunun üçün sərhəd qapılarının qaçqınlara açılması məsələsini müzakirə etmək olar. Türkiyə üzərindən insanlar istədikləri bölgələrə getsinlər".
Müxalifət.az