​Türkiyədə məktəbdə ATIŞMA: valideyn müəllim və direktoru vurdu – Foto

Baxış sayı:
3646

Türkiyədə məktəbdə atışma hadisəsi olub.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa şəhərindəki məktəbdə polis olduğu deyilən valideyn məktəbin direktorunu və müavinini yaralayıb.
Güllə yarası alan müəllimlər xəstəxanaya yerləşdirilib. Hadisəni törədən polis Kadir Çavuşoğlu saxlanılıb.
Hadisənin bu gün səhər saatlarında baş verdiyi xəbər verilir. Məktəbə gələn polis məmuru valideyn dierktor Tülay Taş və müavini Sinan Delibaş ilə mübahisə edib.
Mübahisə zamanı qəzəblənən polis məmuru tapançadan direktora və müavininə atəş açıb.