“Türkiyə tarixi dəyişikliklərə hazırlaşır” – ƏRDOĞAN

Baxış sayı:
3403

Türkiyə təhsildə tarixi dəyişikliklərə hazırlaşır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təlim-tədrisdə keyfiyyətin sadəcə texnoloji imkanlar və modern binalarla təmin oluna bilməyəcəyinin fərqindəyik. Keyfiyyətli təhsil bütün bunlarla yanaşı şagirdlərin zehni inkişafını asanlaşdırmaq, onlarda gələcəklə bağlı dünya görüşü formalaşdırmaqdan, mənəvi tərəflərini qüvvətləndirməkdən asılıdır. Uşaqlarımızı rəqabətli və informasiyanın çox olduğu bu dünyaya ən yaxşı şəkildə hazırlamalıyıq. Təhsil sahəsində islahatlar fasiləsiz olaraq davam edəcək”, - Ərdoğan bildirib.