​Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı

Baxış sayı:
2002

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhərinin Sermada mahalında şiddətli partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 32 nəfər həlak olub, 45-i yaralanıb. İdlib Mülki Müdafiə qurumunun məlumatına görə, 13 nəfər dağıntılar altından xilas edilib.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Hadisə ilə bağlı istintaq başladılıb.