Türkiyə "S-400"ləri qeyri-aktiv edəcək? - Ərdoğandan AÇIQLAMA

Baxış sayı:
7000

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-dan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. Muxalifet.az independentturkish.com-a istinadla xəbər verir ki, ABŞ rəsmiləri Patriot hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışı barədə danışarkən "S-400"ləri tamamilə qeyri-aktiv etmələrini təklif edib. Bu fikrə münasibət bildirən Ərdoğan təklifi doğru hesab etmədiyini söyləyib: "Yunanıstanda hazırda "S-300" var ancaq, bu vaxta qədər onlara heç bir irad tutulmayıb. Biz ABŞ- bildirdik ki, Patriotları, "S-400"lərin aktiv qalması şərti ilə satmaq istəsələr biz ala bilərik. Həmçinin qeyd edim ki, 1 milyard 400 milyon dollar ödəniş etməyimizə rəğmən hələ də ABŞ bizə F-35 qırıcılarını göndərməyib".