Türkiyə növbəti dəfə ABŞ-ın yalanını ifşa etdi

Türkiyə, Münbiçdə işini risqləri nəzərə alaraq sağlama alıb. PKK/PYD-li terrorçuların paltarını dəyişərək şəhərdə yaşamağa davam etdiyi kəşfiyyatını alan Türkiyə, pilotsuz İHA-lar sayəsində terrorçuların kimliklərini müəyyən edib. Bu şəxslərin siyahısı lazım olanda ABŞ-ın qarşısına qoyulacaq.
PALTARINI DƏYİŞİB GİZLƏNİRLƏR
TSQ ilə ABŞ hərbçiləri eyni vaxtlı 18 iyundan etibarən bölgədə patrul xidməti həyata keçirdiyi günlərdə terror təşkilatının bölgədən ayrıldığına dair ABŞ tərəfindən Türkiyəyə məlumat verilib. Ancaq Ankaraya yerli mənbələrdən gələn məlumatlar bunu təsdiq etməyib. Terrorçuların paltarını dəyişərək şəhərdə qaldıqları müəyyən olunub.
İHA-lar TƏK-TƏK MÜƏYYƏN ETDİ
Daha əvvəl Afrində olduğu kimi, terrorçuların paltar dəyişmə oyununa hazırlıqlı olan Türkiyə, bölgədən gələn son məlumatları da nəzərə alaraq tədbir görməyə başlayıb. Bu çərçivədə TSQ, bir ay ərzində sahədən gələn kəşfiyyat və pilotsuz hava vasitələrindən (İHA) əldə olunan məlumatlar əsasında terrorçuların kimliklərini, yaşayış yerlərini tək-tək müəyyən edib. Bu kəşfiyyat məlumatlarının olduğu dosyelər, təşkilat və dəstəkçisi ABŞ-ın yeni bir "PKK/PYD Münbiçdən ayrılıb" yalanının qarşısını almaq üçün lazım olanda ABŞ-ın qarşısına qoyulacaq.
Müxalifət.az