Türkiyə NATO-nu tərk edir - 10 GENERALIN HESABATI

Baxış sayı:
8485

Türkiyə bu ilin sonunda NATO-nu tərk edə bilər.
Bu barədə ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda bildirilib.
Hesabat general Ceyms Marks və keçmiş hərbi kəşfiyyat zabiti Raçel Vaşbörnün rəhbərliyi ilə hazırlanıb və bunun üçün onlar 6 ay vaxt sərf ediblər.

Hesabatda əsas fikirlər aşağıdakı şəkildə sıralanıb:
1. Ərdoğan seçkidə qalib gəldi və hakimiyyətini möhkəmləndirməyə davam edəcək.
2. Türkiyə getdikcə dünyəvilikdən uzaqlaşır və Rusiya ilə müttəfiq olur.
3. Türkiyənin NATO-ya üzvlüyü artıq zəmanət altında deyil.

Hesabatda qeyd edilir ki, Türkiyənin İranla əlaqələrinin güclənməsi də ABŞ-ı narahat edir. Türkiyə, Rusiya və İranın Suriyada nüfuzunu artırmaq üçün bir-biri ilə mübarizə aparması bu üç ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirib. Son 6 ayda Türkiyə ilə ABŞ-ın münasibətləri daha da gərginləşib. İlin sonunda Türkiyənin alyansı tərk edəcəyi gözlənilir. (Axar)