​Türkiyə bu ölkələrdə əməliyyatları davam etdirir

Baxış sayı:
20917

Suriyada aparılan “Barış bulağı” antiterror əməliyyatı nəticəsində bu günə qədər 2 mindən çox mina və bomba zərərsizləşdirilib.
Virtualaz.org türk bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Tel-Abyadda terrorçulardan aviasiya əleyhinə 11 qurğu götürülüb. Rəsul-Aynda isə PKK/YPG terror təşkilatlarına məxsus silah təmiri sexindən 683 raket gilizi və 93 ədəd bomba üçün nəzərdə tutulan qab ələ keçirilib. İraqın şimalında həyata keçirilən “Pəncə-1” və “Pəncə-2” antiterror əməliyyatlarında 90 terrorçu məhv edilib.