Türkiyə, BMT və Rusiyadan ABŞ-a “Golan Təpələri” şoku!

Baxış sayı:
4870

Yaxın Şərq üçün əsas mövqedə olan ABŞ prezidenti Donald Tramp, "ABŞ-ın “Golan Təpələri” üzərində İsrailin suverenliyini tam olaraq tanıması lazımdır" sözlərindən sonraTürkiyənin də aralarında olduğu bir çox ölkə Trampa təpki göstərib.
 
BMT-nin baş katibinin sözçüsü Fərhan Haq Trampun açıqlamasına yönəlik "Biz bu məsələdə yalnız BMT-nin bütün qətnamələrinə söykənirik” deyərək ABŞ prezidentinin iddiasını dolayısı ilə rədd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatının yığıncağında etdiyi çıxışında, "Trampın “Golan Təpələri” ilə bağlı talehsiz açıqlaması bölgəni yeni bir böhranın eşiyinə gətirdi. Biz bu buna səssiz qala bilmərik və buna heç cür imkan verməyəcəyik” deyib.
Türkiyənin də aralarında olduğu bir çox ölkə Trampa təpki göstərərkən Suriya rejimi də, "Torpağımızı geri almaq üçün hər şeyi edəcəyik" açıqlamasını edib.
Suriya Xarici İşlər Nazirliyindən edilən açıqlamada da, “Suriya xalqının bu dəyərli Suriya torpaqlarını azad etmək üçün lazım olan hər şeyi edəcəyinə əminik” deyə bildirilib.
 
BİR TƏPKİ DƏ RUSİYA'DAN
 
Şam rejiminin bu bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyi də bir açıqlama verərək "ABŞ-ın “Golan Təpələri” ilə bağlı bəyanatı Birləşmiş Millətlər Təşkilatının qətnaməsinin birbaşa pozulmasıdır" deyə bəyan edib.
 
İRAN
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasımi, "Bu qeyri-qanunidir və qəbul edilə bilinməyəcək bir tanımadır, “Golan Təpələri”nin Suriyaya aid olduğu gerçəyini dəyişməməlidir" deyib.
 
ƏRƏB BİRLİYİ
 
Ərəb Birliyinin baş katibi Əhməd Əbu Gayt “Golan Təpələri”nin Suriya torpağı olduğunu vurğulayaraq ABŞ-ı belə bir addımdan uzaq dayanmağa çağırıb. Ərəb Birliyinin "İşğal edilən torpaqla bağlı əlaqədar olaraq tamamilə Suriyanın hüquqlarının arxasında" olduğunu ifadə edən Əbu Gayt, "ABŞ-ın Golan'da İsrail suverenliyini tanıması ümumi olaraq Ərəb-İsrail probleminə yönəlik Amerikan mövqeyi üzərində ciddi nəticələri olardı" deyə bildirib.
 
"BEYNƏLXALQ NƏZARƏT"
 
BMT Təhlükəsizlik Şurasının 1981-ci ildə verdiyi 497 saylı qərar İsrailin “Golan Təpələri”nin işğalına qarşı çıxır və qərarda “İsrailin işğal altındakı “Golan Təpələri”ndə öz qanunlarını, hakimiyyətini tətbiq qərarı qüvvədə deyildir və beynəlxalq hüquqi etibarlılığı yoxdur” deyilir.
Müxalifət.az