Türkiyə ABŞ-ın terror dəhlizini ticarət dəhlizinə çevirir

Baxış sayı:
1930

Suriyada Amerikanın əli ilə yaradılmaq istənən terror dəhlizi Türkiyənin təşəbbüsləri ilə ticarət dəhlizinə çevrilir. “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatları ilə Suriyada terror izlərini silən Türkiyə, sosial-iqtisadi investisiyalara da təkan verib. Ticarət imkanının açıldığı bölgələrə iki fərqli istiqamətdən yollar inşa edilməyə başlanıb. Planlara görə, yollar Münbiçə qədər uzanacaq.

Yaradılan təhlükəsiz bölgələrdə ticarət imkanı Türk iş adamlarına tapşırılmaqla bərabər, ticarət üçün də iki qat yolların çəkilməsi də sürətlə davam edir. Açılacaq gömrük məntəqəsindən Çobanbəyə qədər uzanacaq iki qat yol planlaşdırmalara görə, terrordan təmizlənəcək Münbiçtdə bitəcək.
 
İKİ MARŞRUT OLACAQ
 
Verilən məlumatlara görə, Çobanbəyə çəkilən iki qat yolun davamında iki marşrutu olacaq. Çobanbəydən birinci marşrut Əl-Baba, ikinci yol isə Cerablusa uzanacaq. Sonrakı dövrlərdə bu yolun Münbiçə qədər uzanacağı planlaşdırılır.
 
MÜNBİÇƏ AÇILAN QAPI
 
Sözügedən yol marşrutunun Türkiyənin ABŞ ilə PYD/PKK-dan təmizlənilməsi üçün yol xəritəsi üzərində razılaşdığı Münbiçə qədər uzanacağı bildirilibr. Terrordan tam təmizləndikdən sonra Münbiç coğrafi mövqeyi etibarilə İraqa və Hələbin şərqinə əhəmiyyətli bir ticarət qapı funksiyasını yerinə yetirəcək.
Müxalifət.az