Türk ordusuna hücum: 1 şəhid, 1 yaralı

Baxış sayı:
2503

Türkiyənin Diyarbəkir bölgəsinin Silvan mahalında türk əsgərləri ilə PKK terrorçuları arasında baş verən şiddətli atışma zamanı 1 təhlükəsizlik qoruyucusu şəhid olub.

Muxalifət.az xəbər verir ki, bu barədə Diyarbəkir Valiliyi informasiya yayıb.

Məlumata görə, gecə saat 02:45 radələrində baş vermiş qarşıdurma zamanı 2 təhlükəsizlik qoruyucusu yaralanıb. Dərhal xəstəxanaya çatdırılan hərbçilərdən birini xilas etmək mümkün olmayıb.