Türk boksçunun etirazı qəbul edildi - Təkrar döyüş
25-03-2019 16:58
Baxış sayı:
4780
Dünya Boks Şurası hakimlərin mübahisəli qərarı ilə ABŞ-lı rəqibi Antoni Direllə məğlub olan türkiyəli boksçu Avni Yıldırımın etirazını qəbul edib.
Bunu İstanbuldakı mətbuat konfransında Dünya Boks Şurasının sədri Maurisio Süleyman deyib.
O, ədalətin bərpa olunması üçün tərəflərin yenidən rinqə çıxacağını bildirib.
Sədr qarşılaşmanın tarixinin yaxın günlərdə açıqlanacağını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Antoni Direllə Avni Yıldırım arasında baş tutan qarşılaşmanın 10-cu raundunda A.Yıldırım rəqibindən üstün olsa da, ABŞ-lı idmançı qaşı yarıldığı üçün hakimlərin qərarı ilə qalib elan edilmişdi./Axar.az