Təslim olan terrorçu etiraf etdi: PKK-nın murdar üzü

Baxış sayı:
5659

Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan PKK-lı terrorçu təşkilat içindəki əxlaqsızlıqları və qaçış planının detallarını açıqlayıb.
 
Təhlükəsizlik qaynaqları təslim olan terrorçuların ifadələrində, terror təşkilatındakı maraq davaları, sapıq və əxlaqsız intim əlaqələr və təşkilatdakı çözülmə ilə qaçış nisbətindəki artımın tez-tez qeyd edildiyini bildirib.
Təslim olan E.A. adlı terrorçunun ifadəsində, təşkilata yoldaşının təsiri ilə qatıldığını, İraqın şimalındakı düşərgələrdə bir müddət təlim gördüyünü və sonradan digər bölgələrə göndərildiyini, bu müddət ərzində gördükləri və yaşadıqlarından dolayı peşmanlıq duyduğunu və qaçaraq təslim olduğunu dediyi bildirilib.
Sapıq cinsi əlaqələr, təcavüz və təşkilatdan qaçışların artıq ən yüksək  həddə olduğu qeyd edilib.
 Terrorçunun ifadəsində, təşkilat içərisindəki narahatlıq və inamsızlıq mühitinin daim artdığını, homoseksual, yanlış və sapıq cinsi əlaqələrin çox geniş yayılmış vəziyyətə gəldiyini, yüksək səviyyəli təşkilat nümayəndələrinin heç bir qadağa tanımadığını, qadağaya tabe olmayan alt səviyyədəki təşkilat mənsublarına isə işgəncə tətbiq olunduğunu, işgəncə və təcavüzlərə görə təşkilatdan qaçanların və qaçmaq istəyənlərin artdığını, qaça bilməyənlər arasında isə intihar edənlərin sayının hər keçən gün artdığını bildirdiyi qeyd olunub.
Müxalifət.az