Trampın qalmaqal açıqlamasına Türkiyədən sərt xəbərdarlıq

Baxış sayı:
4693

ABŞ prezidenti Donald Trampın "Amerika Birləşmiş Ştatlarının Golan Təpələri üzərində İsrailin suverenliyini tam olaraq tanıması vaxtı gəldi" açıqlamasına Türkiyədən ard-arda xəbərdarlıqlar gəldi. Türkiyənin XİN rəhbəri Mevlud Çavuşoğlu ABŞ-ın İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə haqq qazandırmaq cəhdlərinin bölgədə daha çox zorakılıq və ərginliyə səbəb olacağı xəbərdarlığını edib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin isə “ABŞ-ın Golan Təpələrini tanıma qərarı İsrailin işğal siyasətinə dəstək verməkdir” deyib.
Müxalifət.az