Trampın özünü əfv etməsi QALMAQAL YARATDI - Nümayəndələr Palatasının üzvləri etiraza qalxdı

Baxış sayı:
26248

ABŞ Nümayəndələr palatası xüsusi prokuror Robert Müllerin araşdırmasını bitirdikdən sonra prezident Donald Trampın öz-özünü əfv etmək barədə qərarından narahat olub.

“ABC News” kanalının verdiyi məlumata görə, palatanın hüquq komitəsinin üzvləri prezidentin əfv məsələsində səlahiyyətlərinin çərçivəsi barədə müstəqil ekspertlərin rəylərini dinləyiblər.
ABŞ prezidenti isə bu həftə əfvlə bağlı mütləq hüquqa malik olduğunu indidən bəyan edib.
Hüquq komitəsinin sədri, demokrat Cerald Nadlerin sözlərinə görə, prezidentin sözləri onun əfv məsələsini siyasi alətə, ictimaiyyət üçün təbliğat hoqqasına çevirəcəyi təəssüratını oyadır.
İclasda iştirak edən hüquq mütəxəssisləri dövlət başçısının öz-özünü bağışlamaqla bağlı ifadələrində olduqca şübhəli və bir-birinə zidd məqamların olduğunu bildiriblər.
Qeyd edək ki, iqtidara gəldiyi gündən bəri Donald Tramp 7 əfvə imza atıb, 4 dəfə isə cəzaların yumşaldılması barədə qərar verib.