Trampdan açıqlama: “Olmaq istədiyimiz yerdəyik”
13-05-2019 10:25
Baxış sayı:
7816
ABŞ prezidenti Donald Tramp sosial mediada Çin ilə bağlı açıqlama verib.
ABŞ prezidenti Tramp Çin ilə olmasını istədikləri yerdə olduqlarını deyib. Tramp həmçinin, Pekinin ABŞ ilə əldə olunmuş razılığı pozduğunu və üzərində razılığa gəlinmiş müqaviləni yenidən müzakirə etməyə çalışdığını da bildirib.
Twitter üzərindən açıqlama edən Tramp, "Çindən tətbiq etdiyimiz tariflərə görə, on milyardlarla dollar alırıq. Çindən alınan məhsulların ABŞ-da istehsal edilməsi ideal olanıdır. Və ya bu məhsullar gömrük tarifi olmayan yerlərdən alına bilər" deyə söyləyib. Tramp həmçinin, Çindən qazanılan pulun fermerlərdən məhsulların alınmasına xərclənəcəyini və bu ərzaqların dünya miqyasında aclıq çəkən millətlərə paylanılacağını da deyib.
Müxalifət.az