Tramp və Netanyahunun “Böyük İsrail” hədəfi – Təhlil

Baxış sayı:
8803

ABŞ prezidenti Tramp 1967-dən bəri işğal altındakı “Golan Təpələrini” rəsmən İsrail torpağı kimi tanıyıb. Strateji əhəmiyyətli neft və su ehtiyatları olsa da, sionist rejimin hədəfində hakimiyyət boşluğu ilə can çəkişən Suriyanı vəd edilmiş torpaqlara ilhaq planı durur.
 
 Prezident kürsüsündə oturduğu ilk gündən bəri ABŞ-ın xarici siyasətini Təl-Əviv hökumətinə görə müəyyən edən Donald Tramp 1967-də işğal edilmiş “Golan Təpələrini” terror dövləti İsrailin torpağı qəbul edən fərmanla sionizmin yekun hədəfinə çatması üçün bir addım daha atmış oldu. Beləliklə, Fərat çayından Nil çayına qədər “Böyük İsrail”in qurulması yolunda mühüm bir əngəl ortadan qalxdı.
 
YENİ İŞĞALA SÖVQ
 
 İlk vəzifəsi olaraq İsraildəki Amerika səfirliyini Qüdsə daşıyaraq Fələstinin paytaxtını İsrailə dövlətinə təslim edən Tramp, Fələstinə sırıdığı sözdə sülh razılaşması ilə 1967 sərhədlərini unutdurma yoluna getdi. Trampın “Böyük İsrail” yolunda döşədiyi son daş isə “Golan Təpələri”nin İsrailə tabe etdirilməsi oldu. “Haaretz” qəzetinə açıqlama verən İsrailli rəsmilər dövlətin işğal altındakı torpaqları saxlamağı davam etdirərək sərhədlərini genişləndirəcəyini söyləyib. Trampın işğalı mükafatlandırdığına diqqət çəkən şəxslər, Fələstindən işğal edilən mübahisəli bölgələrin də razılığını gözlədiklərini dilə gətirib.
 
TRAMP GOLANDA NEFT MARAĞINDADIR
 
 ABŞ-ın illər sonra məsələni gündəmə gətirib, Golanda girişdiyi təxribatın altından neft çıxdı. Layihə Netanyahu hökumətinin, “NAmerikan neft şirkəti “Genie Energy”-yə 2013-də işğal altındakı “Golan Təpələri”nin cənub hissəsindəki 153 mil sajanlıq bir sahədə neft axtarışı icazəsinin verilməsi ilə başladı. “Genie Energy”-nin İsraildəki alt qurumu “Afek Oil & Gas” firması 2015-də bölgədə dünyadakı hesablamanın 10 qatına bərabər gələn 350 metr qalınlığında bir neft təbəqəsi tapdığını bildirib. Maraqlıdır ki, ABŞ da məhz 2015-dən etibarən Suriyadakı müharibəyə fəal şəkildə qoşulmağa başladı. Səbəbini anlamaq üçün “Genie Energy”-yə baxmaq kifayətdir. Şirkətin tərəfdaşları arasında Rotşild ailəsi, Tramp-ın dəstəkçisi olan media rəhbəri Rupert Murdoç və ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni var.
 
CİNAYƏT ORTAĞI ƏSƏD REJİMİ
 
 Suriya İslam Şurası ABŞ prezidenti Donald Trampın “Golan Təpələri” üzərində İsrailin suverenliyini tanıma qərarında Əsəd rejiminin diqqətsizliyinin də payı olduğunu bildirib. Şura tərəfindən edilən yazılı açıqlamada, "Bu qərarın qəbul olunmasında Əsəd rejimini də məsul olaraq görürük. Hafiz Əsəd müdafiə naziri olduğu dövrdə Golanı İsrailə təslim edib. Ata Əsəd İsrailə qarşı heç bir güllə də atmamışdır. Golanı geri almaq üçün də hər hansı bir əməliyyat keçirməmişdir. Ondan sonra oğlu Bəşər Əsəd gəlib, bu rolu davam etdirdi. Bəşər verdiyi qərarlarla ölkəni dağıtmağı və zəiflətməyi hədəf seçdi" deyə bildirilib.
Digər tərəfdən, Azad Suriya Ordusu (ASO) çətiri altında Suriya Milli Azadlıq Cəbhəsinin komandirlərindən Əbu Hüzeyfə də "Əsəd rejiminin “Golan Təpələri” üçün bir güllə atdığı görünməmişdir. Rejim 8 ildir ki, öz xalqına qarşı döyüşür. Bu torpaqlar rejimin özünü hakimiyyətdə saxlamaq üçün vaxtında İsrailə etdiyi bir sövdələşmədir" deyərək Dəməşq ilə Təl-Əviv arasında gizli iş birliyinə diqqət çəkib.
Müxalifət.az