Tramp Ərdoğana söylədi: Göstəriş verdim, problem yoxdur

Baxış sayı:
1921

Türkiyə prezidenti Ərdoğan NATO-nun dövlət və hökumət rəhbərləri zirvəsində ABŞ prezidenti Tramp ilə keçirdiyi görüşdə Trampın ona F-35 döyüş təyyarələri məsələsində təminat verdiyini deyib.
 
Prezident Ərdoğan Brüsseldə keçirilən NATO dövlət və hökumət başçıları zirvə toplantısında vətənə dönüşü zaman təyyarədə olan jurnalistlərə mühüm açıqlamalar verib.
Ərdoğan "Cənab Tramp ilə görüşdük. Münbiç və F-35-lər məsələsini müzakirə etdik. Münbiç müqaviləsi hazırda planlaşdırıldığı şəkildə gedir. Təbii ki, əsas məqsədimiz Amerika Birləşmiş Ştatlarının PYD və YPG ilə bütün əlaqələrini kəsməsidir. Hazırda elə bir görüntü yoxdur. Münbiç məsələsində hazırda gündəmdə olan şey PYD/YPG-nin Fəratın şərqinə çəkilməsidir. Həmçinin 90 faizi Ərəb olan Münbiçə həqiqi sakinlərinin yerləşməsini təmin etməkdir. Keçən ayın 4-də Mövlud Çavuşoğlu ABŞ xarici işlər naziri Pompeo ilə keçirdiyi görüşdə müəyyən olunan təqvim çalışdığı müddətcə, arzumuz odur ki Münbiç əsl sahiblərinə təhvil veriləcək. Hazırda bu istiqamətdə bir cəhd var.
 
TRAMP TƏLİMAT VERDİYİNİ AÇIQLAYIB
 
F- 35-lər son ödəmə ilə birlikdə cəmi 900 milyon dolları ödəmiş olacağıq. 800 milyon dolları onsuz da vermişdik. 100 milyon dollar daha ödənəcək bir neçə gün içində. Cənab Tramp bu müqavilənin eynilə yerinə yetiriləcəyini mənə dedi. Məsələ ilə bağlı lazımi göstərişləri verdiyini dedi. Ağ Ev Konqresə məktub göndərib. Sanksiyanın əleyhinə olduğunu bildirib.
Bazar ertəsi günü Tramp və Putin, Helsinki dəgörüşəcəklər. Mənə görə, bu görüş çox mühümdür. Görək, bu görüşdə hansı məsələlər üzrə razılıq olacaq, hansı mövzularda ayrı düşəcəklər, bunu gedib, görəcəyik. Bu arada bizim də şənbə günü cənab Putin ilə telefon danışığı aparmağı planlaşdırırıq, bununla bağlı bir dar çərçivəli Türkiyədə görüşməyi təklif edəcəyəm. Bölgə problemlərini müzakirə edəcəyimiz bir görüş olacaq. Helsinkidən sonra belə bir şeyi qəbul etsə, bizim üçün yaxşı olar. Bəlkə bir və ya iki ölkə daha dəvət edib, bu təşkilatçılığı həyata keçirək istəyirəm. Eyni zamanda, regiondakı vəziyyəti daha stabil hala gətirmiş olarıq, deyə düşünürəm. Bunları telefon danışığımızda müzakirə edəcəyik". deyib.
Müxalifət.az