Tramp-Putin görüşündən ilk açıqlama gəldi

Baxış sayı:
4585

Finlandiyanın paytaxtı Helsinkidə bu gün bir araya gələn ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş iki saatdan artıq çəkib.
 
Görüşdən sonra qısa bir açıqlama edən ABŞ prezidenti Donald Tramp, "Putin ilə üz-üzə görüş yaxşı bir başlanğıcdır" açıqlaması edib.
İki liderin qısa bir müddət ərzində birgə mətbuat konfransı keçirməsi gözlənilir.
Qeyd edək ki, zirvə görüşü öncəsi Putinlə kameralar qarşısına keçən Tramp "Dünyanın gözü buradadır. Bir an öncə görüşümüzə başlamaq istəyirəm. Əlaqələrimiz haqda danışmağın vaxtıdır. Rusiya ilə anlaşmaq pis bir şey deyil" demişdi.
Putin də Trampla təkbətək bir görüşünün mətbuata açıq hissəsində, "Əlaqələrimiz və dünyadakı bir çox çətin məsələlər haqqında danışmağımızın vaxtı gəlmişdi" - deyə, söyləmişdi.
Müxalifət.az