Tramp hərbi müdaxilə ilə təhdid etdi: Rusiya oradan çıxmalıdır!
28-03-2019 08:47
Baxış sayı:
17620

Çərşənbə günü Rusiyadan təxminən 100 hərbi heyətinin Karakasa səfər etdiyi müzakirə olunarkən, ABŞ prezidenti Tramp Rus əsgərlərinin Venesuelanı tərk etmələri lazım olduğunu və "bütün variantların masada olduğunu" söyləyərək hərbi müdaxilə ilə təhdid edib.
ABŞ prezidenti Donald Trump seçilmiş Nikolas Maduro hökumətini devirmək üçün alət olaraq istifadə etdiyi Juan Guaidonun həyat yoldaşını qəbul edərkən, Venesuela ilə Rusiya arasında əməkdaşlıq haqqında da təhdid edici açıqlamalar verib.
"Rusiya çıxıb getməlidir" deyən Tramp, "buna necə nail olacaqsınız" sualına belə cavab verib:
"Görəcəyik, bütün variantlar açıqdır".
Müxalifət.az