Tramp Helsinkini bir-birinə vurdu - Aksiya
15-07-2018 20:21
Baxış sayı:
1753

Finlandiyanın paytaxtı Helsinki şəhərində eyni vaxtda 2 aksiya keçirilir.
Muxalifet.az xəbər verir ki, aksiyaların biri Trampın gəlişinə dəstək, digəri isə etiraz nümayiş etdirmək məqsədilə daşıyır.
İnsan hüquqları müdafiəçiləri, LGBT tərəfdarları, Ukrayna və Azad Suriya ordusunu dəstəkləyənlər Müqəddəs Nikolay meydanı istiqamətində yürüş keçiriblər. Aksiya iştirakçılarının sayı 2500-dən artıq olub. Onlar Putin və Trampdan insan hüquqlarını qorumalarını və müharibələrə son qoymalarını istəyiblər.
Eyni vaxtda təxminən bir kilometr aralıda Trampın siyasətinə dəstək xarakterli aksiya başlayıb. Aksiyada təxminən 50 nəfər iştirak edib. "Xoş gəldin, Tramp" (“Welcome Trump”) adlanan aksiya paytaxtın Narinkatori meydanında baş tutub.