Tonoyan hərbi təlimlərlə bağlı erməniləri narahat olmamağa çağırıb - “Aprel +” həyata keçirilir
25-09-2019 14:35
Baxış sayı:
11296

Ermənistan Müdafiə naziri Davit Tonoyan hərbi təlimlərlə bağlı Ermənistan vətəndaşlarını narahat olmamağa çağırır.
Bu barədə erməni jurnalistlərlə söhbəti zamanı Tonoyan bildirib.
Ermənistan hökuməti sentyabrın 24-dən başlayaraq Ermənistan ərazisində şərti hərbi vəziyyət elan etməyi qərara alıb. Hərbi təlimlər çərçivəsində səfərbərlik elan edildikdən cəmi 6 saat sonra bir neçə min hərbi çağırışçı toplanış yerlərinə gəlib.
Səfərbərlik zamanı hansı ssenarinin oynanılması ilə bağlı verilən suala cavabında Tonoyan bildirib ki, onlar “Aprel +” həyata keçirirlər.//oxu.az