“Times” xəbər verdi: NARKOTİK BARONU “MARİO FİKRİ” YAXALANDI

Baxış sayı:
3349

“Times”, Almaniyada narkotik qaçaqmalçılığı ittihamı ilə 10 il həbs yatdıqdan sonra İngiltərəyə yerləşən Fikri Yaraşır adlı bir Türkün, ölkənin ən böyük heroin qaçaqmalçılığı şəbəkələrindən birini qurduğunu yazır.
 
Qəzet, 1997-ci ildə Almaniyanın Frankfurt şəhərində Türkiyədən heroin qaçaqmalçılığı ittihamı ilə yaxalanan Yaraşırın, bu cinayətdən 10 il həbs cəzası aldığını bildirir.
Xəbərə görə, “Super Mario” adlı kompüter oyunundakı obrazlara oxşarlığı üçün Mario ləqəbini alan Yaraşırın, daha sonra İngiltərənin şimalındakı Glossopta açdığı pitsa və kabab restoranı üzərindən heroin qaçaqmalçılığına yenidən başladığı bildirilir.
Aprel ayında 25 il həbs cəzasına məhkum edilən Fikri Yaraşırın cinayətkar fəaliyyətləri haqqında geniş məlumatların dünən dəstənin qalan üzvlərinə cəzaların açıqlandığı məhkəmədə ortaya çıxdığını bildirən “Times”, polisin Yaraşır və dəstəsini 2016-dan etibarən təqib etməyə başladığını yazır.
Polisin bir yük maşınının anbara narkotik boşaldarkən basqın etdiyi və İstanbuldan yola çıxdığı söylənən 210 kiloqram heroinin ələ keçirdiyi qeyd edilir.
Yaraşırın həmçinin, qaçaqmalçılıq üçün yeganə müştərinin özü olduğu bir nəqliyyat şirkəti qurduğu da deyilir.
Müxalifət.az