​"Təhsil ocağındadırsa, geyiminə fikir verməlidir" - AFAQ YENƏ GÜNDƏMDƏ

Baxış sayı:
4867

Xəbər verdiyimiz kimi müğənni Afaq Aslan tələbələrin qarşısına çıxdığı geyimə görə tənqid olunandan sonra məktəbli uşaqların önündə çıxış edib. Bu dəfə də müğənninin geyimi fərqli olmayıb və tənqid edilib. 
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a danışarkən həmçinin məktəblilərin geyim məsələsinə də toxunub:
“İlk növbədə qeyd edim ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Orta təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə məktəblilərin vahid geyim norması nəzərdə tutulub. Bunun əsas səbəbi varlı-kasıb uşaqlarının arasında özünü kəskin göstərə biləcək və kasıbları kompleksə salacaq problemi aradan qaldırmaq idi. Yəni tədris prosesinə sosial fərqin təsir göstərməsinin, şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını almaq, onların psixologiyasını pozmamaq. Yəni qanunvericilik aktları belə təhsil müəssisəsində geyimin normalarının olmasını məcbur edir. 
Hazırda vahid geyimdə  yubkanın uzunluğu önəmli məsələdir. Belə ki, əllərini ayağı ilə paralel tutan şagird bilməlidir ki, yubkasının uzunluğu barmaq uclarından daha yuxarıda ola bilməz. Bundan başqa, parlaq geyimlər, üzərində senzuradan kənar sözlər yazılmış maykalar qadağandır. Bu qaydalar məktəbin bütün ərazisinə aiddir”.
Ekspert vurğulayıb ki, məktəblərdə, ümumiyyətlə təhsil müəssisələrində keçirilən tədbirlər zamanı geyim normaları  psixoloji baхımdan böyük əhəmiyyət kəsb еdir:
“Nəzərə alsaq ki, burda olanlar psixoloji cəhətdən tam formalaşmayıblar ona görə də təhsil müəssisənin rəhbərliyi tədbirlər təşkil edəndə bu vacib nüansı nəzərə almalıdır. 
Təəssüf ki, nə tədbirdə iştirak edənlər, nə orda iştirak edənlər bunu nəzərə almırlar. Təhsil ocağında açıq – saçıq, diqqət cəlb edən formada geyinmək yolverilməzdir. Bu təhsilə, təhsil ocağına, təhsil alanlara, təhsil verənlərə hörmətsizlikdir. 
Ola bilsin ki, onlar sənət adamlarıdır, onlar üçün bu geyim adi ola bilər, amma çıxış etdikləri yer təhsil ocağıdırsa, o məkana hörmət əlaməti olaraq onlar öz geyimlərinə fikir verməlidirlər”.