Tatarıstanda döyüş xoruzları yetişdirən Ramiz Ələsgərov... - VİDEO
3-11-2019 17:08
Baxış sayı:
6243

Tatarıstanda Buqulma rayon sakini Ramiz Ələsgərov döyüş üçün xoruz yetişdirir.
Virtualaz.org bildirir ki, o, 60 ədəd xoruz və cücələri istixana yerdə bəsləyir.
Məlumata görə, R. Ələsgərov əslən Azərbaycanlıdır. 1995-ci ildə Tatarıstana köçüb, orada həyat yoldaşı ilə tanış olub və uzun illərdir həmin ölkədə yaşayır.
Qeyd olunur ki, Tatarıstanda yetişdirilən döyüş xoruzlarının ilk nəsli 2020-ci ilin yay fəslinə qədər böyüyəcək. Ələsgərov onlardan bir hissəsini istəyənlərə paylamaq və digər quşlar arasında döyüşlər keçirmək istədiyini bildirib.