Sürücülər üçün elektron yol xəritəsi hazırlanır
25-03-2019 19:14
Baxış sayı:
5317

Bakıda 3500-dən çox yol hərəkəti nişanı çatışmır.
Muxalifet.az xəbər verir ki, bu sözləri yol-hərəkəti eksperti Azər Allahverənov deyib.
Onun sözlərinə görə, yol hərəkət nişanlarının artırılması paytaxtda yol qəzalarının azalmasına təsir edə bilər.
Bakı Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, fərqli yol hərəkəti nişanları quraşdırılması nəzərdə tutulub.
BDYP rəsmisi deyib ki, şəhərdə elektron yol xəritəsi hazırlanır və 2020-ci ilin sonuna qədər hazır olacaq.