Suriyadakı terrorçular bir-birinə girdi!

Baxış sayı:
8551

ABŞ-ın bitdiyini iddia etdiyi İŞİD yenidən fəaliyyətə keçib. Suriyadakı Münbiç şəhərində İŞİD və YPG arasında çıxan silahlı qarşıdurmada 7 terrorçu öldürülüb.
 
25 mart gecəsi İŞİD silahlıları şəhər girişindəki bir keçid məntəqəsində YPG üzvlərinə atəş açıb.
Yerli mənbələr bildirirlər ki, hücum edilən keçid məntəqəsində ən azı 9 YPG üzvü ölüb. YPG hücumla bağlı İŞİD-ı günahlandırıb.
İŞİD Suriyadakı bütün bölgələri itirdikdən sonra yerlərdə uyuyan özəklərinin qəfləti hücumlarına üstünlük verməyə başlayıb. Son 36 saatda Hələb, Raqqa və Deyrizor vilayətlərində 7 hücum təşkil edilib.
Müxalifət.az