Səudiyyə vəliəhdi haqda şok iddia

Baxış sayı:
4315

“Guardian” qəzeti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın son iki həftədir yüksək səviyyəli hökumət və diplomatik görüşlərdə iştirak etmədiyini və iqtisadi məsələlərdəki bəzi səlahiyyətlərinin əlindən alındığını iddia edib.
 
Qəzetin bugünkü sayında yer alan xəbərdə, "Müvəqqəti də olsa, vəliəhd şahzadə Məhəmmədin səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlik qərarın ötən həftə içərisində atası kral Salman tərəfindən yüksək səviyyəli nazirlərlə keçirilən iclasda açıqlandığı qeyd edilib. Kralın şahzadə Məhəmmədin kabinet iclasına qoşulmasını istədiyini, ancaq şahzadənin etiraz edərək gəlmədiyi deyilir.
Qəzetin iddiyi etdiyi sözügedən qərar hələ rəsmən açıqlanmasa da, ancaq əldə etdikləri məlumata görə, ölkənin xaricindəki investisiyaları kral Salmanın ən çox güvəndiyi müşavirlərindən Musaid əl Aybanın idarə edəcəyi bildirilib.
“Guardian” şahzadə Məhəmmədin son iki həftə ərzində iki hökumət iclasına, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşlərdə və kral Salmanın baş müftü və Dünya Səhiyyə Təşkilatının sədri ilə keçirdiyi görüşlərə da qoşulmadığını yazıb.
“Guardian” kral Salman ilə oğlu şahzadə Məhəmməd arasındakı münasibətlərin Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsindən bu yana sıxıntılı bir dövrdən keçdiyini bildirib.
Qeyd edək ki, Qaşıqçı 2 oktyabrda evliliklə bağlı bəzi sənədlər almaq üçün gəldiyi İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülüb. Bu cinayətin şahzadə Məhəmmədin göstərişi ilə həyata keçirildiyi istiqamətində bir sıra iddialar ortaya atılıb, ancaq Səudiyyə Ərəbistanı bu günə qədər bu iddiaları qəti bir dillə rədd edib.
Müxalifət.az