"Səudiyyə Ərəbistanına təklif etmişik ki, hərbi baza açaq" - ƏRDOĞAN

Türkiyə Səudiyyə Ərəbistanına hərbi baza açmaq barədə təklif bildirib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın "RTP" telekanlına müsahibəsində deyib.
R.T.Ərdoğan bildirib: "Hələ o zaman Qətər ərazisində hərbi baza açmaq barədə qərar qəbul edəndə mən Səudiyyə Ərəbistanı Kralı ilə görüş zamanı Krallıq ərazisində hərbi baza açmaq barədə təklif etmişdim".
Türkiyə prezidenti qeyd edib ki, o zaman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildrib ki, Ər-Riyad bu variantı nəzərdən keçirəcək.
Daha sonra Ərdoğan fikrini tamamlayıb: "Lakin hələ bu günə qədər bizim Krallıq ərazisində hərbi baza yerləşdirilməsi barədə təklifimizə Səudiyyə Ərbistanı cavab verməyib".