​“Səsimizə səs verin, a gözəl deputatlar...” – GORANBOY SAKİNLƏRİ SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKİR / VİDEO

Baxış sayı:
4948

Goranboy rayonunun Faxralı kənd sakinləri Hurriyyet.az saytına şikayət məktubu göndəriblər. Şikayətçilər kənddə su olmadığını deyirlər.
“155-nəfər ailə bu kənddə acınacaqlı vəziyyətdə yaşayır. İnsanlar, heyvanlar, ağaclar və əkin sahələri susuzluqdan əziyyət çəkir. Yoncaların köku quruyur, məhsul götürə bilmirik. Faxralı kəndində içməli sunu pulnan alırıq, suvarma üçün isə suyu 3 aydan bir əldə edirik”, - deyən sakinlər bildirir ki, müvafiq qurumlar şikayətləri nəticəsiz qalıb.
Məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Goranboy rayonu, Faxralı kənd sakinlərinin video müraciətini olduğu kimi təqdim edirik: