“Sərkisyanın “vor zakon” dostu haqda məqalə saytdan çıxarılsın” – RUSİYANIN DÖVLƏT İDARƏSİ

 
Rusiyanın “Roskomnadzor” xidməti (R, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət ) Ermənistanın “ İnformasiyalı vətəndaşlar birliyi” qeyri-hökumət təşkilatından tələb edib ki, Rusiyada yaşayan ermənistanlı biznesmen Ruben Tatulyanın Çexiyada həbsi barədə yazını öz saytından çıxarsın.
Qeyd edək ki, kriminal aləmdə daha çox “Robson” kimi tanınan Tatulyan Ermənistanın baş naziri Karen Karapetyanın yaratdığı “Ermənistan investorlar klubu”-nun üzvüdür. O, habelə prezident Serj Sərkisyanla yaxındır, “Robson”un Sərkisyanla çəkilmiş fotoları internetdə var.
Məlumata görə, “Roskomnadzor” bu yazının Rusiya qanunlarına zidd olduğunu bildirir. Hesab edir ki, armrus.info saytında dərc olunan bu yazı Ruben Tatulyanın şəxsi toxunulmazlıq hüququnu pozur. Amma “İnformasiyalı vətəndaşlar birliyi” nin rəhbəri Daniel İoannisyan sentyabrın 4-də Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində Rusiya qanunlarının Ermənistanda işləmədiyini və yazıda hansısa şəxsi məlumat dərc olunmadığını bildirib.
“Bu yazı Ermənistan qanunları, jurnalist etikası və bizim daxili etikamıza zidd deyil, deyə İoannisyan bildirib. 4 ay buyndan əvvəl armrus.info portalında dərc olunan yazı “kriminal avtoritetlər” Tatulyan və daha 3 nəfərin Çexiyada yeni oğrulara adqoyma mərasimi zamanı həbsindən bəhs edir.Yazıya görə mərasimi məhz Çexiyaya Ermənistanın diplomatik pasportu ilə gələn Tatulyan maliyyələşdirib.Ermənistanda diplomatik pasportlar prezidentin icazəsi ilə verilir.
Amma Azadlıq Radiosunun Ermənistan xidməti bundan bir neçə ay əvvəl məsələ ilə bağlı prezident aparatının mətbuat xidmətinə sorğu göndərsə də indiyədək heç bir cavab almayıb.Xarici işlər nazirliyi təkcə onu bildirib ki, Tatulyan diplomatik pasportu qanuni şəkildə alıb.Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Ruben Tatulyan Rusiyanın cənubundakı bütün biznesə və hüquq-mühavizə sisteminə nəzarət edir.Soçidə yaşayan biznesmen “Ermənistan investorlar Klubu”nun 30 üzvündən biridir və ilin əvvəllərində, ölkədə dərin islahatlar aparılmasında baş nazir Karapetyana kömək edəcəyini bildirib.