Şotlandiya mətbuatından Donald Trampı təhqir edən ifadələr

Baxış sayı:
1420

Şotlandiyanın milli qəzeti “The Scotsman”, İngiltərəyə səfər edən ABŞ prezidenti Donald Tramp haqqında şok ifadələr işlədib. Qəzet Trampı "iyrənc biri" deyə, adlandırıb.
 
Şotlandiyada “The Scotsman” qəzeti, İngiltərəyə səfər edən Donald Tramp haqqında "Qorxunc bir insan və iyrənc biri" başlığı ilə təhqiredici yazı dərc edib. Yazıda Trampın miqrantlar haqqındakı sözləri, qadınlara qarşı cinsi təcavüz iddialarına qədər bir çox ifadələri tənqid edilib.
Qəzet, "İngiltərəyə daha sonra gəlməsi gözlənilən Tramp üçün “O, bir irqçi, yalançı və cinsi təcavüzçü, yanlış bir şəkildə insanları öz inanclarına görə tənqid edən və irqçiliyi ilə öyünən biridir" - deyə yazıb.
“The Scotsman” qəzeti, Trampın ABŞ milli himninin çalınması zamanı NFL etirazlarına qarşı polis hücumlarını pisləyib. Qəzet, Virciniyadakı Charlottesville-dəki zorakılıqla bağlı verdiyi qeyri-insani açıqlamalarını və keçmiş prezident Barak Obamanın doğum yeri Keniyaya dair verdiyi şərhləri da tənqid edib. Həmçinin mediaya qarşı "saxta informasiyalar yazırlar” iradlarını da pisləyib.
Qəzet, Trampın ən sevdiyi tədbirlərdən biri də “saxta xəbərlər” - deyə çığırdığını yazıb. Ancaq, “Vaşinqton Post” və “New York Times”-ın, prezident Donald Trampın gündə neçə dəfə yalan danışdığını, eyni zamanda saysız yalanlarının qəti siyahısını hazırladığını da yazıb.
Müxalifət.az