SON DƏQİQƏ: Xaos partladı, ABŞ Türkiyəyə sanksiya tətbiq edir

Baxış sayı:
9445

ABŞ Konqresinin senatorları Lindsi Qraham və Kris Van Hollen Türkiyəyə qarşı CAATSA sanksiyalarının işə salınmasını tələb edib.

Senatorlar bu tələbin yer aldığı məktubu Dövlət Departamentinin rəhbəri Mayk Pompeoya göndərib.

Məktubda bildirilib ki, sanksiyaların tətbiq edilməməsi digər ölkələrə ABŞ qanunlarının hər hansı nəticəsi olmadan pozulması kimi qorxunc mesaj verir.

ABŞ Müdafiə naziri Mark Esper isə NATO-nun 70-ci Liderlər Zirvəsindən əvvəl verdiyi son dəqiqə açıqlamasında Türkiyənin Baltik ölkələri və Polşanın müdafiəsinə dair NATO planına əngəl olmaması çağırışı edib.

NATO-nun baş katibi Yens Stoltenberq isə Polşa və Baltik ölkələrinə qarşı hər bir hücuma qarşılıq verəcəklərini bildirib. O, Polşa və Baltik ölkələrindəki NATO qüvvələri hesabında Rusiyaya güclü mesaj göndərdiklərini qeyd edib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 sistemi tədarük etdiyinə görə, ABŞ tərəfindən CAATSA (ABŞ-ın Düşmənləri ilə Sanksiyalar Yolu ilə Mübarizə) sanksiyaları ilə təhdidə məruz qalır. ABŞ bu qırıcıları beşinci nəsil qırıcıların texnologiyasına dair bilgiləri ələ keçirməsindən narahatdır. Lakin prezident Donald Tramp sanksiyaların tətbiq edilməsinə qarşıdır.

Xatırladaq ki, Türkiyə Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” anti-terror əməliyyatına NATO-nun dəstəyini vermədiyi üçün alyansın Avropadakı planlarına imza atmayacağını bildirir.//publika