SON DƏQİQƏ: Ölkədə sərnişin qatarı relsdən çıxdı

Baxış sayı:
25414

Gürcüstanda sərnişin qatarı relsdən çıxıb. 
Sputnik Georgia agentliyinin məlumatına görə, hadisə Kutaisi dəmir yolu vağzalından 150 kilometr aralıda baş verib. 
Qəza baş verən ərazidə polis əməkdaşları işləyir. Sərnişinlər təxliyə olunub. 
Qatar Kutaisidən Batumiyə gedirdi. Hadisə nəticəsində xəsarət alan olmayıb.