​SON DƏQİQƏ: Məhkəmə rahib Brunsonla bağlı QƏRAR VERDİ

Baxış sayı:
6823

Türkiyənin ikinci Ağır Cinayətlər Məhkəməsi amerikalı rahib Endryu Brunsonla bağlı qərar verib. Məhkəmə Brunsonun ev həbsinə etirazını qəbul etməyib və aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan rahibin vəkili İsmayıl Cem Halavurt məhkəməyə etiraz ərizəsinə Endryu Bransonun Türkiyəni tərk etməsi maddəsini də əlavə edib. Qeyd edək ki, rahib Brunson Türkiyədə FETÖ və PKK terror təşkilatlarına dəstək ittihamı ilə həbs olunub. Əvvəlcə həbsxanada olan rahibin cəzası sonradan ev həbsinə dəyişdirilir. Rahibin həbsindən sonra ABŞ Türkiyəyə qarşı iqtisadi müharibə elan edib. Vaşinqton rahibin təcili şəkildə azad edilməsini tələb edir, Türkiyə isə buna qarşı çıxaraq, məsələnin daxili işi olduğunu bildirir. Brunson haqqında qərarın dəyişdirilməməsi ABŞ-Türkiyə müharibəsinin daha da qızışacağı ehtimalını gücləndirir (Publika)