SON DƏQİQƏ: İlham Əliyev onlara YÜKSƏK VƏZİFƏ VERDİ
27-09-2019 18:46
Baxış sayı:
10611

Prezident İlham Əliyev Cəlal Mirzəyevin Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin. *** Prezidentin digər sərəncamə ilə Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. *** İlham Əliyevin başqa bir sərəncam ilə Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.