ŞOK: Rusiya və Çinin İrana HÜCUM PLANI

Baxış sayı:
16312

ABŞ-la İran arasında gərginlik növbəti mərhələyə qədəm qoydu. Avropa nəhənglərindən umduğu dəstəyi görməyən prezident Həsən Ruhani nüvə sazişində yer alan ölkələrə, öhdəlikləri yerinə yetirmək üçün 60 gün vaxt verdi. Əks halda Tehran uranın zənginləşdirilməsi prosesini bərpa edəcək. Lakin Həsən Ruhani cümləsini tamamlamadan, amerikalı həmkarı Donald Tramp İranın metalurgiya sənayesini hədəfə alan sanksiyaları açıqladı. ABŞ-ın ilk sanksiyalarından sonra İranın neft ixracı 37 faiz azaldı ,iqtisadiyyatı 4 dəfə kiçildi, milli valyutası 127 dəfə dəyər itirdi, inflyasiya 31 faizə yüksəldi. Yeni sanksiyalardan sonra bu göstəricilərin daha da pisləşəcəyini güman etmək çətin deyil. İndi rəsmi Tehranın qarşısında iki yol var. Ya ABŞ-dakı növbəti prezident seçkilərinə qədər -yəni 1 il tab gətirmək, ya da şiddətli cavab vermək. Hər halda Tehranın okeanın o tayını hədəfə ala biləcək nə qüvvəsi var, nə də cəsarəti. Başqa cür olsaydı “qulağının dibindəki” - Suriyadakı amerikalı hərbçiləri hədəfə alar, ABŞ-ın Yaxın Şərq planını iflasa uğratmaq üçün ciddi addımlar atardı. İrandan fərqli olaraq, Şimali Koreya ABŞ-ı vura biləcək cəsarət nümayiş etdirmişdi. Pxenyan raket sınaqlarını Vaşinqtonun yaxın müttəfiqi olan Cənubi Koreya səmasından uçuraraq, açıq-aydın meydan oxumuşdu. Bütün bunları nəzərə alaraq demək olar ki, İran gözləmə mövqeyini seçəcək. Amma görəsən, tab gətirə biləcəkmi? Bunu Çin və Rusiya kimi ABŞ-a rəqib ölkələrin İrana münasibəti müəyyən edəcək. Maraqlıdır, Şimali Koreya məsələsində səsini ucaldan Pekin və Moskva niyə eyni dəstəyi Tehrana vermir? Şübhəsiz ki, İranın nüvə ölkəsinə çevrilməsini bu ölkələrin özləri də arzulamır. “Siyasətdə dost olmur” prinsipi ilə hərəkət edən nəhənglər, Tehran məsələsində niyə durğundur? 1.Çin ticarət danışıqlarının getdiyi bir vaxtda ABŞ-la münasibətlərini korlamaq istəməz. İran Şimali Koreyadan fərqli olaraq Pekinin nə qonşusudur, nə də etibar edə biləcəyi ölkə. Pekinin Tehrandan idxal etdiyi əsas məhsul neftdir. Pekin neft ehtiyacını istənilən ölkədən qarşılaya bilər. Hazırda, Çin üçün ABŞ-a qarşı strateji mövqedə yerləşən Venesuelanı müdafiə etmək daha önəmlidir. 2. Görünən budur ki, Rusiya da Venesuelanı müdafiə etməyi daha üstün tutur. Hətta Moskva tərəddüd etmədən Karakasa hərbçilərini göndərdi. Rusiya, Suriya məsələsində və daha bir neçə problemdə mövqeyinin üst-üstə düşmədiyi İranı niyə müdafiə etsin ki? 3. İrana uca səslə dəstək ifadə edən Türkiyənin də Tehranı müdafiə etmək üçün ata biləcəyi addımları olduqca azdır. Əsas diqqətini daxili siyasətə və öz problemlərinin həllinə yönəldən Ankara, daha bir məsələdə Vaşinqtonla qarşı-qarşıya gəlmək istəməz. Belə görünür ki, ABŞ-ın qarşısında hələki ciddi maneə yoxdur. Görəsən, belə olan halda Vaşinqton İrana hərbi müdaxilə edərmi? İran ordusu terrorçu siyahısına daxil edilib, İraqa amerikalı hərbçilər yerləşdirilib, Birləşmiş Ərəb Əmirliklərinə “F-35”lər göndərilib. Yəni hərbi müdaxilə üçün zəmin hazırlanıb. Lakin istənilən halda Rusiya və Çin İranın “suda boğulmasına” imkan verməz. Görünən odur ki, “müttəfiqlər” son anda ortaya çıxaraq, İran üçün suda saman rolunu oynayacaq. Bax onda ABŞ İranın pəncəsində boğulmamaq üçün “müttəfiqlərinin” istənilən tələbinə, şərtinə razı olacaq. Anar Türkeş/Redaktor.az