Şok iddia: Venesuelada elektrik enerjisi yenidən kəsildi!

Baxış sayı:
4198

 Venesuelada bütün ölkəni qaranlıqda qoyan və 13 martda böyük ölçüdə aradan qaldıran elektrik fasiləsindən sonra paytaxt Karakas və Miranda şəhərin bəzi rayonlarında yenidən fasilə baş verdiyi iddia edilib.
 
“Əl Nacional” internet xəbər saytına görə, Mirandaya bağlı Clorisdəki elektrik stansiyasında baş verən partlayış səbəbilə Mirandanın bəzi bölgələri ilə Karakasa bağlı Guatire, Əl Rosal, Əl Cafetal, Chacao, La Urbina və Los Palosda elektrik kəsintisi baş verdiyi irəli sürülüb.
Qeyd edək ki, Baş Prokurorluq özünü müvəqqəti prezident elan edən Məclis sədri Xuan Guaido haqqında təxribat günahlandırması ilə istintaq başladıb.
Müxalifət.az