ŞOK: Bakıda 40 min manatlıq ayaqqabı oğurlandı

Baxış sayı:
7630

Paytaxtın Suraxanı rayonunda yerləşən anbardan 40 min manatlıq ayaqqabı oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.