Soçidəki Sammitdə sürpriz! Son anda xəbər verilib

Baxış sayı:
8887

 Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında baş verən Suriya mövzusunda üçlü zirvə görüşünün başa çatmasından sonra sürpriz bir hadisə baş verib.
 
 Rusiyanın Soçi şəhərində reallaşan sammitdən sonra mətbuat konfransı keçirilib və ardınca liderlər yeməyə keçib.
 Aparılan son dəqiqə anonsunda Putin, Ərdoğan və Ruhaninin yeməkdən sonra daha bir görüş həyata keçirdiyi və bu görüşdə isə Belarus prezidenti Aleksandr Lukaşenkonun da iştirak edərək sammitin dördlü toplantıya çevrildiyi açıqlanıb.
Görüş mətbuata qapalı olaraq keçirilib.
Müxalifət.az