SOCAR İstanbul hava limanına yanacaq tədarükünə başladı

Baxış sayı:
4624

SOCAR İstanbulun yeni hava limanına aviasiya yanacağının tədarük olunmasına başlayıb.
Muxalifet.az “SOCAR Turkey” şirkətinin məlumatına istinadən xəbər verir ki, yanvar ayından, həmçinin STAR neft emalı zavodu “Petkim” neft-kimya kompleksinə nafta tədarükünə başlayıb.
Qeyd olunub ki, STAR zavodunda sınaq prosesləri başa çatıb və bütün qurğular istifadəyə verilib:
“Bu il STAR neft emalı zavodu 8 milyon ton xam neft emal edəcək. Zavod xam neftin müxtəlif növlərini emal edə bilər. Hazırda emal olunan xammalın böyük hissəsi Rusiyadan olan “Urals” növüdür”.
Xatırladaq ki, SOCAR İstanbulda yeni hava limanının aviasiya yanacağı ilə təmin olunması bağlı tenderin qalibi olub.
Şirkət tenderdə “SOCAR Aviation” markası ilə iştirak edib.