Şəmkirdə kütləvi dava: iki nəfər bıçaqlanıb
16-08-2017 09:06
Şəmkirdə kütləvi dava olub.
Hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.