“Şimal axını 2”yə izn vermək olmaz - Pompeo

Baxış sayı:
6727

Rusiyaya “Şimal axını 2” qaz kəmərini tikməyə izn vermək olmaz. Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib. O bu kəmərin Avropaya təzyiq rıçağı olacağını bildirib. “Rusiya “Şimal axını 2”ni Avropaya qarşı təzyiq rıçağı kimi istifadə etmək istəyir. Biz bu layihənin reallaşdırılmasına imkan verməməliyik”.