​“Əsəd uddu” – Amerikalı diplomatdan ilginc İDDİA

Baxış sayı:
2749

ABŞ Dövlət Departamentinin keçmiş ofis rəhbəri Lorens Vilkerson Suriyada gedən müharibədə rejim başçısı Bəşər Əsədin qalib gəldiyini deyib.
Muxalifet.az xəbər verir ki, amerikalı diplomat İsrail və ABŞ-ın da bununla məcburi olaraq razılaşdıqlarını iddia edib.
“ABŞ və İsraildən fərqli olaraq, Səudiyyə Ərəbistanı hansı addımı atmaq barədə qeyri-müəyyənlik içindədir. Əsəd qalib gəlib və o, hakimiyyətdə qalacaq. Bundan sonra Rusiyanın hansı addım atacağı da maraqlıdır, bu barədə Putinlə danışacam”, - deyə Vilkerson qeyd edib.