“Samsunq”dan gözlənilməz qərar: BU SMARTFONLARIN İSTEHSALINI DAYANDIRIR
27-07-2018 16:04
Baxış sayı:
2707

“Samsunq” şirkəti “Qalaksi J”, “Qalaksi C”, “Qalaksi On” seriyasından olan smartfonlarının istehsalını dayandırmağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu qənaətcil cihazların funksiyasını “Qalaksi P” və “Qalaksi R” nəsli davam etdirəcək. “Samsunq”, sadəcə, rebrendinq edəcək.
Şirkət P seriyasından olan telefonları Çin bazarı, R seriyasını isə dünya bazarına istiqamətləndirmək niyyətindədir.
Qənaətcil telefonların istehsalı ilə kənar şirkətin məşğul olacağı gözlənilir.